WSJ: İsrail və Səudiyyə Ərəbistanının hərbi rəsmiləri gizli görüş keçirib

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İsrail ordusunun komandanı Aviv Koçavi Misirin Şarm əl-Şeyx şəhərində Səudiyyə Ərəbistanı ordusunun komandiri Fəyyad Bin Hamed Al-Ruvaili də daxil olmaqla Səudiyyə ordusu rəsmiləri ilə görüşüb.
Wall Street Journal-ın xəbərinə görə, mart ayında ABŞ-ın vasitəçiliyi ilə keçirilən İsrail-Səudiyyə Ərəbistanı danışıqlarında İranın nüvə raketi və pilotsuz uçuş aparatı təhdidlərinə qarşı koordinasiya imkanları müzakirə edilib. Məlumata görə, iki ölkənin belə yüksək rütbəli əməkdaşları ilk dəfədir ki, ortaq təhlükədən necə müdafiə olunacağını müzakirə edirlər.
Bildirilib ki, danışıqlarda Səudiyyə Ərəbistanından Əl-Ruveyli və israilli Aviv Koçavi, həmçinin Qətər, İordaniya, Misir, BƏƏ və Bəhreynin yüksək rütbəli hərbi rəsmiləri iştirak ediblər. 
Mənbələrin bildirdiyinə görə, iştirakçılar hökumət səviyyəsində danışıqlara aparan telefon xətləri və kompüter rabitəsi vasitəsilə ani təhdidlərin ötürülməsi mexanizmi barədə prinsipial razılığa gəliblər.
WSJ İsrail və Səudiyyə Ərəbistanı arasında bu cür əməkdaşlığın son onilliklər üçün ağlasığmaz olduğunu, lakin İbrahim Sazişlərinin imzalanmasının danışıqları mümkün etdiyini bildirib. Xəbərdə ölkələrin görüşlərində ortaq motivasiyanın İranla bağlı narahatlıqlar olduğu bildirilib.