Vəliəhd şahzadə ilə bağlı qalmaqal: Kralın qətli üçün…

Az.shafaqna.com CBS-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kəşfiyyatının keçmiş əməkdaşı Səad əl-Cəbri vəliəhd şahzadə Məhəmməd bin Salmanla bağlı səs-küylü ittiham səsləndirib.

Əl-Cibrinin sözlərinə görə, şahzadə 7 il öncə – hələ vəliəhd olmamışdan öncə lovğalanaraq deyib ki, ozamankı kral Abdullanı öldürmək onun üçün çətin bir iş deyil.

Şahzadə Məhəmməd bin Salman digər bir şahzadə – Məhəmməd bin Nəif Məhəmməd ilə söhbət zamanı isə deyib ki, qətli yerinə yetirmək üçün zəhərli üzükdən istifadə etmək olar.

“Onun əlini sıxmağım bəsdir ki, o, “hazır” olsun”, – deyə əl-Cəbri sözügedən vəliəhd şahzadədən sitat gətirib.

Əl-Cəbri deyib ki, bu ifadələri öz qulaqları ilə eşitməsə də, iki şahzadənin söhbətinin görüntüləri qalmaqdadır.

Qeyd edək ki, bu, Məhəmməd bin Salmanla bağlı artıq 2-ci səs-küylü ittihamdır. Bundan öncə isə o, ABŞ kəşfiyyatı tərəfindən səudiyyəli jurnalist Camal Qaşoqçinin qətlinə “yaşıl işıq” yandırmaqda ittiham edilib.