Vəliəhd bin Salman baş nazir Netanyahu ilə görüşməyə hazırlaşır

Vəliəhd bin Salman baş nazir Netanyahu ilə görüşməyə hazırlaşır

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-ın gözündə imicini yaxşılaşdırmaq üçün İsraillə dialoqa hazırdır.

Axar.az xəbər verir ki, bu iddia ilə “Middle East Eye” saytının baş redaktoru Devid Xerst çıxış edib.

“Vəliəhd şahzadəyə qarşı münasibət onun Camal Qaşıqçını öldürməsindən sonra pisləşdi. Özünü ABŞ-a sülh tərəfdarı kimi göstərməyə cəhd edən vəliəhd şahzadə ABŞ Prezidenti Donald Trampın yanında İsrail Baş naziri Benyamin Netanyahunun əlini sıxmağa hazırlaşır. Artıq bununla bağlı Səudiyyə kəşfiyyatı, mətbuatı, diplomatları, hərbçilərinin olduğu komanda şahzadənin imicinin yenidən parlaması məqsədiylə müzakirələr aparırlar” - o bildirib.

Facebook