“Vladimir Putin İsrailin əsl dostudur”-VİDEO

Baş nazir Naftali Bennett Vladimir Putini "İsrail dövlətinin əsl dostu" adlandırıb. İsrail kabinetinin rəhbəri, Rusiya prezidentinin dəvəti ilə Oktyabırın 22-də Soçiyə rəsmi səfər edib. Bu, siyasətçilərin ilk üz-üzə görüşüdür. Bu barədə məlumatı Euronews-a istinadən Operativ.tv verib.

Formal olaraq, dəvət diplomatik münasibətlərin bərpasının 30-cu ildönümünə təsadüf edir. Səfər ərəfəsində Bennett, Rusiyanın Yaxın Şərq bölgəsindəki xüsusi statusu səbəbindən ikitərəfli əlaqələrin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin: "Bildiyiniz kimi, biz Suriya dövlətçiliyinin bərpası və möhkəmləndirilməsi üçün səylər göstəririk. Problemli məsələlər də var, onların çoxu qalmaqdadır. Amma döyüşlə bağlı təmas nöqtələri və xüsusilə də terrora qarşı məsələlərlə əməkdaşlıq imkanları da var.”-deyə bildirib.

İsrail Baş naziri Naftali Bennett isə cavabında: "Əlbəttə ki, Suriyadakı vəziyyət, İranın nüvə proqramını dayandırmaq üçün bu gün edilən səyləri müzakirə edəcəyik"-bildirib.

Bağlı qapılar arxasında keçən danışıqlarda konkret razılıq əldə olunmayıb. Tərəflər yalnız "uzun, konstruktiv və məxfi" söhbətdən danışıblar. Danışıqlar nəzərdə tutulduğu zamandan daha çox davam edib və İsrail nümayəndə heyəti şabbatın sonuna qədər Soçidə qalacaq.