Vəkillər Avropa Məhkəməsinə müraciət etdilər

Tofiq Yaqublunun vəkilləri Avorpa İnsan Haqları Məhkəməsinə ərizə ilə müraciət ediblər.  Bu barədə vəkil A.Layıc bildirib.

“Müracətimiz də ondan ibarət idi ki, T.Yaqublu modern bir hopitala köçürülsin. Çünki keçirdiyi aclıq aksiyası nəticəsində klinki koma vəziyyətinə düşə bilməsi ehtimalı böyükdür. Hətta bir dəfə T.Yaqublu bayılıb belə”.

Onun sözlərinə görə, hazırda T.Yaqublu yeriyə də bilmir, hərəkət məhdudiyyəti yaranıb, müəssisədə əməkdaşların yardmı ilə yeriyir.

A.Layıcovun deməsinə görə, Azərbaycan dövləti də Avropa Məhkəməsinə cavab yazıb ki,  T.Yaqublu aclıq aksiyasına sentyabrın 7-dən başlayıb. Aksiyaya başaladıqda çəkisi 81,9 kiloqarm olub, hazırda isə 80,2 kiloqrama düşüb.

T.Yaqublunun qızı, Nigar Həzi is deyir ki, atası sentyabrın 2-dən aclıq aksiyasına başlayıb.”T.Yaqublunun aclıq aksiyasından öncə çəkisi 87-88 kilorqam arasında olub, hazırda isə 79 kiloqramdan da aşağı düşüb”, N.Həzi bildirib.

Tofiq Yaqublu bu il martın 22-də tutulub, martın 23-də Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunurdu. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyirdi.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkməsinin qərarı ilə 4il 3ay azadlıqdan məhrum edilib. Məhkəmə zalında hökm oxunduqdan sonra T.Yaqublu bu hökmə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.