Vəkil: “Saleh Rüstəmov noyabrın 26-dan quru aclığa keçəcək”

Turan: Noyabrın 23-də vəkil Bəhruz Bayramov siyasi məhbus, 18-ci gündür aclıq edən Saleh Rüstəmova baş çəkib.

"O, çətinliklə hərəkət edir, aydın danışmır. Biz şüşə arxasından telefonla danışdıq. Şüşə vasitəsilə telefonla danışdıq. Cəmi 7-8 dəqiqə danışa bildi", - vəkil "Amerikanın səsi"nə bildirib.

Baş həkim deyib ki, onun vəziyyəti ağırdır və məcburi qida qəbul etdiriləcək onu zorla yedizdirəcəklər. Ancaq Saleh Rüstəmli buna kəskin etiraz edir və noyabrın 26-dan quru aclığa keçəcəyini bildirib, vəkil əlavə edib.

Saleh Rüstəmli həmçinin onun azad edilməsi tələbilə çıxış edənlərin hamısına minnətdarlığını bildirib.