Vəkil Fəxrəddin Mehdiyev: "...Amma aclığı davam etdirəcəyini dedi"

Bu gün vəkil Fəxrəddin Mehdiyev ilahiyyatçı Tale Bağırzadə ilə Qobustan həbsxanasında görüşüb. Bu barədə məlumatı vəkil özü yayıb. O, görüşü haqqında belə söyləyib:  

"Tale Bağırzadə fiziki cəhətdən tükənib. Bənizi solub. Danışmağa əziyyət çəkirdi. Amma aclığı davam etdirəcəyini dedi. Çöldə baş verənlərdən xəbəri var"

Xatırladaq ki, ilahiyyatçı polis idarələrində saxlanılanlara fiziki təzyiq edilən zaman Allahın təhqirinə öz etirazını bildirərək iyunun 3-dən aclıq aksiyasına başlayıb. İlahiyyatçının tələbi təhqirə yol verən polislərin cəzalandırılmasıdır.