Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən İmişli rayon icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həbsdə qalma müddəti uzadılıb.

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırovanın qərarı ilə istintaqın bu barədə təqdimatı təmin edilib və V.Hacıyevin həbs müddəti 3 ay artırılıb.

 

Xatırladaq ki, mayın 6-da V. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.