Vilyam Hacıyev azadlığa çıxmaq istəyir

İmişli rayon icra hakimiyyətinin hazırda həbsdə olan keçmiş başçısı Vilyam Hacıyev azadlığa buraxılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

V.Hacıyev Səbail rayon məhkəməsinin onun barəsində seçdiyi 4 aylıq həbs qətimkan tədbiri haqda qərarın ləğv edilməsini, azadlığa buraxılmasını istəyib. Hakim Namiq Məmmədov təqsirləndirilən V.Hacıyevin istəyinə “yox” cavabı verib və onun şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun evindən və iş yerindən milyonlarla məbləğdə nağd pul vəsaitləri aşkarlanıb.