Villian 40 yaşına qədər oynayacaq

Məşhur braziliyalı yarımmüdafiəçi Villian karyerasını nə vaxt bitirməyi planlaşdırdığını açıqlayıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, "sambaçı" 40 yaşına qədər oynayacağını deyib. 34 yaşlı Villian bu yay “Fulhem”ə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin ortalarına qədərdir.