Venesuelanın Azərbaycanda səfirliyi açılıb

Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında Səfirliyi açılıb.
 
Bu barədə Qaynarinfo-ya  Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
 
Məlumatda deyilir ki, XİN-in Dövlət Protokol İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib.
 
Görüşdə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Venesuela xarici işlər naziri Jorje Arreaza Monzerrat tərəfindən  xarici işlər naziri Elmar Məmmədyarova Venesuelanın Bakıda Səfirliyinin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubunu təqdim edib.
 
Səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycanda səfirliyinin açılması barədə qərarın alqışlandığını qeyd edərək bunun ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
 
Görüşdə Qoşulmama Hərəkatının 3-6 aprel tarixlərində Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.