Vaşinqtonda anti-sionist rejiminə etiraz

ABŞ-da yerləşən Fələstin Gənclər Hərəkatının təşəbbüsü ilə İsrailin Vaşinqtondakı səfirliyi qarşısında sionist rejimin qanunsuz məskunlaşmalarına etiraz olaraq keçirilən oturaq aksiyada 7 nümayişçi saxlanılıb.

Anadolu Agentliyinin xəbərinə görə, ABŞ-ın paytaxtı Vaşinqtonda yüzlərlə insan işğalçı İsrail rejiminin səfirliyi qarşısında pankartlarla toplaşıb. Fələstin Gənclik Hərəkatının təşkil etdiyi etiraz aksiyasında Qüdsün Şeyx Cərrah bölgəsi başda olmaqla işğalçı rejimin qeyri-qanuni məskunlaşmaları etiraz edilib. Sözügedən qurumdan verilən açıqlamada üç tələbin irəli sürüldüyü bildirilib: işğal rejiminin fələstinliləri zorla evlərindən çıxararaq genişləndirdiyi qeyri-qanuni məskunlaşmaların dayandırılması, ABŞ-ın işğalçı rejimə dəstəyinə son qoyulması və buna imkan verilməməsi, media sionist rejimin Fələstini işğal etməsinə göz yummasın.

Əllərində pankartlar və Fələstin bayraqları tutan qrup sionist İsrail əleyhinə şüarlar səsləndirib.

İsrailin Vaşinqtondakı səfirliyi qarşısında çadır quran nümayişçilərdən 7-si polis tərəfindən saxlanılıb.