Uşaqlara utancverici adların qoyulmasının qarşısı alınıb

Uşaqlara utancverici adların qoyulmasının qarşısı alınıb

“Aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 60 müraciətə baxılıb”.

 

Operativ.tv-nin "Report"a istinadən məlumatına görə bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

 

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 16 adın qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.

 

Eyni zamanda valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb: “Valideynlər tərəfindən övladlarına Piriş, Odumi, Xeyirxəbər, Həftik, Bostan, Ramen, Yaşasin, Hərdəm, Serra, Nigah, Qansız, Nicəliş, Görüş, Qiymətəli, Göygöz və Məşti adlarının qoyulmasının qarşısı alınıb. Bu adlar tövsiyə edilmədiyi üçün həmin adların uşaqlara qoyulmasına icazə verilməyib”. 

Facebook