Uşaq anasının cəsədinin yanında əzab içində öldü

Rusiyanın Udmurtiya Respublikasının Mojge şəhərində dəhşətli faciə baş verib.

Qonşular həmişə olduğu kimi evdən gələn səs-küyə əhəmiyyət verməyiblər.

Anası öldüyü üçün serebral iflici olan 13 yaşlı uşaq bir həftə kömək çağırmağa çalışıb. Əlil arabasında tək qalan uşaq birtəhər mətbəxə girib, su içmək üçün kranı açıb, lakin yıxılıb və su evi basıb. Ev birinci mərtəbədə yerləşdiyi üçün heç kəs suyun axmasından xəbər tutmayıb.

O, aclıqdan və soyuqdan dünyasını dəyişib.

Ana və balanın cəsədi bir həftə sonra tapılıb.