UNICEF Yəməndəki uşaqların ölümünü gündəmə gətirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu UNICEF Yəmən ilə bağlı məlumat yayıb.   Məlumatda vurğulanır ki, 2015-ci ildən başlayan Yəmən müharibəsi ən çox uşaqları hədəfə alıb.   "Bu müharibədə 10 mindən çox uşaq ölüb və yaralanıb. Hətta ölən və yaralananlar barəsində əlimizdə tam təfərrüatı əks etdirən statistik məlumatlar yoxdur", - deyə UNICEF diqqətə çatdırıb.   Qeyd olunub ki, ölümlərə həm də aclıq və yaxşı qidalanmama səbəb olub.