Ukraynaya casusluqda şübhəli bilinən şəxs saxlanılıb

Ukraynaya casusluq etməkdə şübhəli bilinən rus saxlanılıb.
 
Xəbəri "Tass” agentliyi yayıb.
 
Krımın Sevastopol şəhərindəki Leninski Rayon Məhkəməsi, Ukrayna Müdafiə Nazirliyinin casusu olmaqda şübhəli bilinən bir qadını həbs edib. 
 
Məhkəmənin sözçüsü şübhəlinin 2 aydır nəzarətə alındığını bildirib.
 
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) daha əvvəl casusluqda şübhəli bilinən bir rus qadının Sevastopolda tutulduğunu bildirib. 
 
Rusiya tərəfinin məlumatına görə, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülüb və məqsədli şəkildə gizli hərbi məlumatlar toplayıb.
 
Qadınla bağlı Rusiya Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə 20 ilə qədər həbs cəzası nəzərdə tutulan cinayət işi açılıb.