Ukraynanın üçüncü gəmisi İstanbul sahillərində lövbər salıb

Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan “Taxıl və ərzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması” müqaviləsi çərçivəsində avqustun 7-də Çernomorskdan hərəkət edən üçüncü gəmi İstanbul sahillərində lövbər salıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, Türkiyə bayrağı altında üzən 12 min ton qarğıdalı yüklü "Polarnet" adlı quru yük gəmisi İstanbulda birgə nümayəndə heyəti tərəfindən yoxlanıldıqdan sonra Derincəyə doğru hərəkət edəcək.