Ukraynalıların Zelenskidən xahişi: Maaş 70 dəfə azaldılsın

Ukraynalıların Zelenskidən xahişi: Maaş 70 dəfə azaldılsın

Ukraynalılar "Naftoqaz Ukrayna" şirkətinin rəhbəri Andrey Kobalyovun maaşının 70 dəfə azaldılması tələbi ilə prezident Vladimir Zelenskiyə müraciət ediblər. Müvafiq petisiya Ukrayna dövlət başçısının saytında dərc edilib.

 

""Naftoqaz" rəhbəri Kobalyovun əməkhaqqını 70 dəfə azaldın! 2017-ci il üçün Andrey Kobalyov və bu dövlət şirkətinin daha 15 top meneceri 204 milyon qrivni (təqribən 8 milyon dollar) maaş və bonus alıb", - petisiyada deyilir.

 

Operativ.tv-nin məlumatına görə, şikayətçi qeyd edir ki, şirkət rəhbərliyinin maaşları ölkədə ümumi yaşayış səviyyəsinə ziddir. "16 nəfər üçün 12 min 750 milyon qrivn! Və bu, əksər ukraynalıların sağ qala bildiyi və göylərdə olan kommunal xərclərini ödədiyi bir dövrdür!", - müəllif vurğulayıb.

 

"Naftoqaz Ukrayna" ətrafındakı qalmaqal keçən yay, şirkətin üst rəhbərliyinin Stokholm arbitrajında "Qazprom" la məhkəmədən sonra milyonlarla dollar mükafat ödəməyi qərara aldığı vaxtdan başlayıb. Baş nazir Vladimir Qroysman daha sonra şirkətin idarə heyətinin əməkhaqlarını "həddindən artıq yüksək" adlandırdı və onları nəzərdən keçirməyə çağırdı. Noyabr ayında Hesablama Palatası Ukraynanın "Naftoqaz" şirkətinin fəaliyyətinin yoxlanılması barədə qərar qəbul etdi. Lakin şirkət rəhbərliyi auditin bu orqanın səlahiyyət dairəsində olmadığını bildirərək Hesablama Palatasının nümayəndələrini rədd etdi və daha sonra şirkət Kobalyovun 228 milyon qrivna (8.5 milyon dollar) dəyərindəki mükafatına qoyulan qadağanı ləğv etmək istəyi ilə hökuməti məhkəməyə verdi.

 

Bu ilin fevral ayının sonunda Nazirlər Kabineti ilə razılaşdırılmadan "Naftoqaz" Müşahidə Şurası Andrey Kobolyova ayda 2,08 milyon qrivni (77 min dollar) maaş təyin etdi və səlahiyyət müddətini daha üç il uzadatdı. Lakin hökumət bu qərarı təsdiqləməkdən imtina etdi. Sonra Müşahidə Şurası təklifdə düzəliş etdi və müqaviləni 1 ilə endirdi. Kobalyovun məvacibi iki dəfə azaldı, aylıq və rüblük bonuslar ləğv edildi. 

 

2018-ci ilin sonunda Ukraynada orta əmək haqqı 8711 qrivni (320 dollar) təşkil edib.

Facebook