Ukraynada koronavirusa yoluxanların sayı artıb

Ukraynada daha 550 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 11 411-ə çatıb.
 
Operativ.tv xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
 
Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 7 nəfər artaraq 279 nəfərə yüksəlib.
 
İndiyədək Ukraynada 1 498 nəfər koronavirusdan sağalıb.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 212 ölkə və bölgədə qeydə alınıb.
 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 401 000-i ötüb. Bunların 1 083 816 nəfəri sağalıb, 239 615 nəfəri isə ölüb.