Ukraynada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb

Ukraynanın paytaxtı Kiyevdə koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin Kiyev Şəhər Laboratoriya Mərkəzi xəbər verib. 

 

Lakin məlumatda bunun yeni tipli koronavirusun olmadığı bildirilir. 

 

"Bu, Çində yayılmış yeni “koronavirus 2019-nCoV” deyil", - qurumun rəsmi Facebook səhifəsində yazılıb.  

 

Qeyd edək ki, Çinin Uhan şəhərində koronavirus ilk dəfə keçən il dekabrın 31-də aşkarlanıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni bir növ olduğu ortaya çıxıb.