Ukraynada hərbi təyyarə qəzası nəticəsində onlarla insan həlak olub

Ukraynanın Xarkov əyalətində "An-26" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 

Bu barədə Baş Prokurorluğun ofisi məlumat yayıb.

Qeyd edilir ki, hadisəyə mühərrikdə yaranmış nasazlıq səbəb olub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. 

Daha əvvəl bildirilirdi ki, hadisə zamanı təyyarədə 28 nəfər - 7 nəfər heyət üzvü, 21 nəfər kursant olub. Onlardan 22-i həlak olub.