Ukrayna: Rusiya ordusu indiyədək 29.450 əsgər itirib

Ukrayna Baş Qərargahı Rusiya ordusunun son 24 saatda 100, müharibə başlayandan isə ümumilikdə 29 450 əsgər itirdiyini bildirib.
Operativ.tv Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna Baş Qərargahının verdiyi yazılı açıqlamasında 24 fevral-25 may tarixləri arasında Rusiya ordusunun verdiyi itkilərlə bağlı məlumatlar yer alıb.
Açıqlamada, Rusiya ordusunun son 24 saatda 100 əsgər, 1 təyyarə, 11 pilotsuz uçuş aparatı, 3 tank və 19 zirehli texnika itirdiyi, müharibə başlayandan bu yana isə, Rusiya ordusunun ümumilikdə 29 min 450 əsgər, 206 təyyarə, 170 helikopter, 1305 tankın, 3 min 213 zirehli texnikanın, 606 topun, 201 reaktiv yaylım atəşinin və 93 hava hücumundan müdafiə sisteminin məhv edildiyi bildirilib.
Həmçinin, Rusiya qüvvələrinə məxsus 2218 avtomobil, 13 gəmi, yüngül sürətli qayıq və 491 pilotsuz uçuş aparatının da itirildiyi, ruslar tərəfindən atılan 112 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi bildirilib.
Həmin açıqlamada Rusiya ordusunun ölkənin şərqindəki quru əməliyyatlarına dəstək vermək üçün hava hücumlarını artırdığı da qeyd edilib.
Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada isə Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb.