Ukrayna "Qasırğa" raketlərini Rusiya ilə sərhəddə yerləşdirdi

Ukrayna təhlükəsizlik qüvvələri Donbassa “Qasırğa” reaktiv yaylım atəş sistemlərinin raket-artilleriya batalyonunu yerləşdirib.

"Unikal" RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə özünü müstəqil respublika elan etmiş qondarma Donetsk Xalq Milisi Departamenti bildirib. 

“Biz Donbasda Ukrayna silahlı birləşmələrinin qruplaşmasının yaradılması faktlarını qeydə almağa davam edirik... Birgə qüvvələr əməliyyatının komandanlığı atəşə nəzarət təlimi keçirmək adı altında 3-cü raket-artilleriya batalyonunu - 220 millimetrlik "Uraqan" reaktiv yaylım atəş sistemləri ilə silahlanmış 27-ci artilleriya briqadasını sərhəddə yerləşdirib", - məlumatda deyilir. 

Qeyd edilib ki, bu sistemlərin təmas xəttindən 70 kilometrdən az məsafədə olması Minsk razılaşmasını bilavasitə pozur.