UEFA-nın azərbaycanlı meneceri: Ərbəin səfərində gözəllikdən başqa bir şey görmədim

Tanınmış futbol klublarında oynamış, hazırda UEFA-nın mərkəzində menecer kimi çalışan əslən azərbaycanlı Mehdi İşık az.shafaqna.com-a danışıb. 

Az.shafaqna.com: Əvvəla bizə müsahibə verməyə razı olduğunuz üçün sizə təşəkkür edirik. İlk sualımız belədir: Sizi bu ziyarətə gətirən səbəb nədir?                 

 Allah sizdən razı olsun. Onu deyim ki, mən özümü və bura gələn hər kəsi.çox şanslı görürəm. Çünki bu ziyarət böyük nemətdir, Allah bizə nəsib edib. Mənim bura gəlmə səbəbim İmam Hüseyn və Əhli-Beyt məhəbbətidir. Milyonlarla insanı burada Kərbəlada birləşdirən İmam Hüseyn ə.s məhəbbətidir. Mən burada gözəllik gördüm. Əebəində gözəllikdən başqa bir şey görmədim.

İmam Hüseyn zəvvarlarını və Əhli-Beytin məzlumiyyətinə ağlayanları geridə qalmışlıqla, 1400 il öncə baş verənlərə lazımsız bir iş kimi qələmə verirlər.  Buunla bağlı sizin fikirlərinizi öyrənmək istəyirik. 

İmam Hüseynin eşqinin odu heç zaman sönmyəcək. İmam Hüseyn (ə.s) qisası alınana qədər İmam Zamanın (ə.f.) zühüruna qədər biz bu yolda yürüyəcəyik. 

1400 il yox 2400 il də olsa, 90 km deyil 900 km məsafə də olsa dünyadan gələn milyonlarla İmam Hüseyn aşiqləri inanın yenə gələcəklər. 

Bizi geridə qalmışlıqla ittiham edənlərə deyə bilərəm ki, Allah onlara kömək olsun. Onlar Əhli-Beytin, Hz Peyğəmbərin məhəbbətindən xəbərsiz insanlardı. 

İmam Hüseyn ə.s-ın müsibətinə Məhəmməd Peyğəmbər özü ağlayıb, qızı Xanım Zəhra ağlayıb. Özünə müsəlman deyən və Hz Məhəmmədi (s) özünə peyğəmbər hesab edən mütləq İmam Hüseyn ə.s matəm saxlamalıdır.

Əhli Beyt davamçısı kimi özünüzü necə hiss edirsiniz? 

Mən fəxr edirəm ki, Hüseyn ə.s şiəsiyəm, Hz Əli şiəsiyəm, Allah ömrümün sonuna kimi hər Ərbəində bu ziyarətin nəsib olmasını diləyirəm. 

İmam Hüseynin (ə) Ərbəin yürüşü İmam Zaman (ə.f.) ağanın gəlişinin müqəddiməsidir.