UEFA Çempionlar Liqası: “PSJ” qələbə qazanıb, “Mançester Siti” məğlub olub

Dekabrın 7-də futbol üzrə UEFA Çempionlar Liqasının sonuncu - 6-cı turuna iki qarşılaşma ilə start verilib.

Trend xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan ikisi artıq başa çatıb.

A qrupunda “Paris Sen-Jermen” Fransada Belçikanın "Brügge" klubunu darmadağın edib - 4:1. Meydan sahiblərinin heyətində Kilian Mbappe və Lionel Messi dubl müəllifi olublar. Digər görüşdə isə İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Leyptsiq"in qonağı olub. Oyun Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da A qrupunda mübarizəyə yekun vurulub. "Mançester Siti" qrupda ilk, “Paris Sen-Jermen” isə ikinci pilləni daha əvvəl təmin etdiyindən səkkizdəbir finala adlayıblar. "Leyptsiq" isə 3-cü yeri tutaraq, UEFA Avropa Liqasının pley-offunda oynamaq hüququ əldə edib.