“Twitter” İranın ali liderinin hesabını blokladı

“Twitter” şirkəti İranın ali rəhbəri Seyid Əli Xameneinin hesablarından birini ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı video paylaşdıqdan sonra bloklayıb.

“Unikal” xəbər verir ki, bu barədə “İran İnternational” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, şirkət Seyid Əli Xameneinin hesablarından birini həmişəlik bağlayıb. Videoda İranın pilotsuz uçan aparatı general Qasım Süleymaninin intiqamını almaq üçün ABŞ-ın keçmiş prezidenti Donald Trampı vurur.

Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymani Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində ölüb.