Türkmənistan XİN rəhbəri İranda səfərdədir

Eastnews.org-un verdiyi xəbərə görə, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün rəsmi səfər çərçivəsində Tehrana gedən türkmənistanlı həmkarı Rəşid Mərədov ilə görüşüb.   Türkmənistanın Xarici İşlər naziri Tehrana səfəri çərçivəsində İran-Türkmənistan İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclasında iştirak edəcək.   Türkmənistanlı nazir sabah Tehranın ev sahibliyi edəcəyi Əfqanıstanla qonşu dövlətlərin xarici işlər nazirlərinin iclasında da iştirak edəcək.