Türkiyənin sabiq Baş naziri vəfat edib

Məsud Yılmazın Baş nazir olduğu zaman Türkiyə Azərbaycanın müstəqilliyini tanıyıb

Oktyabrın 30-da Türkiyənin sabiq Baş naziri Məsud Yılmaz 73 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə Məsul Yılmazın həyat yoldaşı Berna Yılmaz CNN Türk televiziyasına bildirib.

Məsul Yılmaz oğlunun ölümündən sonra ötən ilin yanvarında əməliyyat olunmuşdu.

1947-ci ildə İstanbulda doğulan Məsud Yılmaz Ankara Universitetinin Siyasi Məlumatlar Fakültəsini bitirib, 1972-1974-cü illərdə Almaniyanın Köln Universitetində çalışıb. 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olan M.Yılmaz 28 və 33-cü Baş nazir olub. Eyni zamanda, Xarici işlər və Turizm nazirləri vəzifələrində də çalışıb.

Məsul Yılmaz Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb.

Onun Baş nazir olduğu zaman Türkiyə Azərbaycanın müstəqilliyini tanıyıb.