Türkiyədə polis yataqxanasına silahlı basqın olub

Türkiyənin Mersin əyalətində polis yataqxanasına silahlı hücum olub.

Operativ.tv APA-ya istinadla xəbərinə görə, iriçaplı silahlarla törədilən hücumda 2 polis əməkdaşı yaralanıb.

Hadisə zamanı hücumu törədən şəxslərin avtomobili alışıb. Əraziyə çox sayda polis və yanğınsöndürən cəlb olunub. Hücumda şübhəli bilinən bir nəfər saxlanılıb.