Türkiyədə meşə yandırmaqda şübhəli bilinən turistlər tutuldu

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində meşələrin yandırılmasında şübhəli bilinən 7 rusiyalı turist tutulub.

Faktı Rusiyanın Antalayadakı Baş konsulluğu da təsdiq edib.

Onlar 23 oktyabr tarixində saxlanılıblar.

24 oktyabrda keçirilən məhkəmə qərarına əsasən, onlar qeyri-ixtiyari meşə yanğınında şübhəli bilinirlər. Araşdırma aparıldığı müddətdə onlar təcridxanada saxlanılacaqlar.