Türkiyədə 308 nəfər birgə bəyanat yayaraq müxalifətdən əməliyyata müdaxilə etməyi xahiş edib

Operativ.tv xarici mediaya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı birgə bəyanat yayaraq, Suriyada mümkün hərbi əməliyyatın qarşısını almaq üçün ölkələrindəki müxaliflərə müdaxilə etməyi xahiş edib.

 Türkiyədə universitet professorları, jurnalistlər və millət vəkilləri də daxil olmaqla 308 Türkiyə vətəndaşı birgə bəyanat yayaraq, Suriyada mümkün hərbi əməliyyatın qarşısını almaq üçün ölkələrindəki müxalifətdən müdaxilə etməyi xahiş ediblər. Bəyanatda bildirilib ki Suriyadakı hərbi əməliyyatları Türkiyə üçün təhdid adlandırmaq hakim koalisiyanın uydurduğu bəhanədir. Türkiyə ordusunun Suriyanın şimalında mümkün hərbi əməliyyatının hökumətdən başqa heç kimə fayda verməyəcəyi, türk millətinə ciddi ziyan vuracağı və Türkiyə gənclərini müharibəyə məcbur edəcəyi bildirilib. Açıqlamada hədəf edilən ərazidə işğal olunmuş torpaqları müdafiə edən, hüquq və mülkiyyətindən istifadə edən, çoxsaylı problemləri olan və öldürülmək təhlükəsi ilə üzləşən insanlar yaşadığı bildirilir. Milyonlarla vətəndaşının aclıq astanasında yaşadığı, uşaqların qidası, sığınacağı, təhsili, sağlamlığı kimi hər sahədə bir çox problemlərlə üzləşdiyi bir ölkədə silaha, müharibəyə böyük büdcə ayrılması onların iqtisadi problemlərini daha da dərinləşdirəcəyi bəyanatda qeyd olunub.  Bəyanatın sonunda bildirilir ki, Türkiyədə müxalif siyasi cərəyanlar bu məsələdə qətiyyətli mövqe sərgiləməsə, hökumət günahsız Suriya xalqının qətlində şərik olacaq və biz müxalifət partiyalarından hərbi müdaxilənin qarşısını almaq üçün qanun qəbul etmələri xahiş edilib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Türkiyənin şimalında Suriya sərhədinin 30 kilometr dərinliyində “təhlükəsiz zona” yaratmaq üçün əməliyyat keçirəcəyini bəyan edib. Bu hərəkətə Dəməşq, Tehran və Moskva hökumətləri etiraz ediblər.