Türkiyədə 12 terrorçu zərərsizləşdirilib

Türkiyənin şərq əyalətlərində “Eren Abluka” antiterror əməliyyatları davam edir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib.Qeyd olunub ki, Ağrı, Hakkari və Şırnak əyalətlərində ümumilikdə 12 terrorçu zərərsizləşdirilib.