Türkiyə və İran xarici işlər nazirləri telefon əlaqəsi saxlayıb

Eastnews.org-un verdiyi xəbərə görə, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında dünən axşam saatlarında telefon danışığı baş tutub.   Telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, Astana formatında İran-Türkiyə-Rusiya Üçtərəfli Sammitinin təşkili, İran-Türkiyə 7-ci Yüksək Strateji Əməkdaşlıq Şurasının keçirilməsi, iki ölkənin yüksək səviyyəli rəsmilərinin səfəri, Əfqanıstan və Suriyadakı məsələlər ilə regional mövzular müzakirə edilib.   Əmir Abdullahiyan bu görüşdə Əfqanıstanda namaz qılan müsəlmanlara qarşı terror hücumlarının artmasından narahat olduqlarını və İslam ölkələrinin bu məsələdə aktiv rol alacağını gözlədiklərini söyləiyb.   Görüş zamanı nüvə danışıqları məsələsi də müzakirə olunub.