Türkiyə təyyarələri Suriya Ordusunun mövqelərinə hava zərbələri endirib

Türkiyənin hərbi təyyarələri ötən gün Hələbdə Suriya Ordusunun mövqelərinə hava zərbələri endirib. Ölənlər və yaralananlar var.

Operativ.tv SalamNews-a istinadən bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA-dən xəbər verir.

Bildirilib ki, ötən gün Hələbin şimalında ordunun mövqelərinə Türkiyə hərbi təyyarələri tərəfindən ednirilən hava zərbələri nəticəsində üç hərbçi ölüb və altısı yaralanıb.

Məlumatda əlavə edilir ki, Suriya Ordusu qarşı tərəfin mövqelərini hədəfə alıb.

SANA iddia edib ki, Türkiyə Ordusu Suriyanın şimalında geniş əməliyyata hazırlaşır.