Türkiyə parlamenti İraq və Suriyaya hərbi qüvvə göndərilməsi ilə bağlı növbəti qanun qəbul edib

 

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin İraq və Suriyaya hərbi qüvvə göndərilməsi bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

TBMM-nin Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İyi Partiya nümayəndələri qanun layihəsinin lehinə, Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratiya Partiyasının (HDP) nümayəndələri isə əleyhinə çıxış ediblər.Sənəd səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın TBMM-ə təqdim etdiyi qanun layihəsində BMT Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq hüquqa əsasən Türkiyənin terrorla mübarizə üçün beynəlxalq koalisiya çərçivəsində fəaliyyətini davam etdirməsinin vacibliyi vurğulanıb.