Türkiyə odla oynayır

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, iranlı diplomat, İranın Ermənistandakı keçmiş səfiri Seyid Kazım Səccadi özünün "Twitter" səhifəsində video yayımlayıb. O, yaydığı videoda Türkiyənin ünvanına “Türkiyə odla oynayır” ifadəsini işlədib. Belə ki, diplomat Türkiyəni İran sərhədləri yaxınlığında zərərli hərəkətlər planlaşdırmaqda ittiham edib. Səccadi “Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqdan sonra Türkiyə indi İran sərhədləri yaxınlığında zərərli hərəkətlər planlaşdırır. Türkiyə bilməlidir ki, odla oynayır" deyə Türkiyənin ünvanına hədə səsləndirib.