Türkiyə ilə İran arasında anlaşma imzalandı

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu yüksək səviyyəli nümayəndə heyətinin rəhbərliyi ilə dünən Tehrana səfər edib.   Soylunu Tehranda İran Daxili İşlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfiqari qarşılayıb.   Türkiyə XİN rəhbəri Tehranda İranın Müdafiə naziri Əhməd Vəhidi ilə görüşüb.   Görüş zamanı iki nazirlik arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu son forması üçün nəzərdən keçirilib və imzalanıb.