Türkiyə Ermənistana yardım edəcəyini TƏSDİQLƏDİ

“Ermənistandan dərman yardımı ilə bağlı müraciət olub. Prezidentimiz də koronavirus infeksiyası ilə bağlı həmin müraciətə müsbət cavab verib və Səhiyyə Nazirliyimiz dərmanları göndərir”.

Operativ.tv Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyip Ərdoğanın mətbuat katibi İbrahim Kalın söyləyib.

İbrahim Kalın yardımın pulla satılacağını yoxsa hədiyyə ediləcəyini açıqlamayıb.