Türkiyə dünya çempionatı zamanı Qətərə 3000-dən çox polis göndərəcək

Türkiyə Dünya Çempionatı zamanı stadionların və otellərin təhlükəsizliyini təmin etmək üçün Qətərə 3000-dən çox çevik polis göndərəcək

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu baraədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Protokol razılaşmasında bildirilir ki, Türkiyə polis qruplarına rəhbərlik etmək üçün yüksək rütbəli zabitlər və “koordinasiya etmək üçün bir sıra zabitlər”, habelə bir “baş koordinator” göndərəcək.