Türkiyə ABŞ-a və Yunanıstana nota verib

Türkiyə Yunanıstanın ABŞ-ın verdiyi hərbi texnikanı Lesbos və Sisam adalarına göndərməsinə görə hər iki ölkəyə etiraz notası verib.

Operativ.tv APA-nın İstanbul müxbirinə isstinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Yunanıstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə ABŞ-a verdiyi etiraz notasında Şərqi Egey dənizindəki adaların statusuna hörmətlə yanaşmağı və statusun pozulmasına görə silah istifadəsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.