Türk Silahlı Qüvvələri hücuma cəhd edən 13 terrorçunu zərərsizləşdirib

Türk Silahlı Qüvvələri hücuma cəhd edən 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Operativ.tv APA-nın İstanbul müxbirinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olub ki, əməliyyat Suriyanın şimalında “Zeytun Budağı” və “Barış Pınarı” bölgələrində aparılıb.