Tərtər rayonunda iki nəfər minaya düşüb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, oktyabrın 1-də Tərtər rayonunda iki yerli sakin - Rəfail Bayramov (1976-cı ildə anadan olub) və Nicat Cabbarov (1990-cı il) minaya düşüblər.

Prokurorluğun məlumatında deyilir ki, hadisə rayonun Qızıl oba kəndində baş verib, xəsarət alanlar rayon xəstəxanasına yerləşdirilib.