“Tərtər işi”ndə ittiham edilənlərin yaxınları toplaşdı – DİN-dən REAKSİYA

Bu gün Tərtər hadisələri ilə bağlı həbs edilənlərin ailə üzvləri Prezident Administrasiyasının yaxınlığına toplaşıb. Onlar Tərtər işi ilə bağlı istintaqın ədalətli və düzgün aparılmadığını deyərək etiraz ediblər.

Az shafaqna.com xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, asayişin pozulması hallarına yol verilməyib:

“Polis əməkdaşları asayişin mühafizəsinə cəlb olunub və həmin şəxslərlə profilaktik söhbət aparıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər. Heç bir insident qeydə alınmayıb, asayişin pozulması hallarına yol verilməyib”.