“Tərtər işi” üzrə həbs edilən hərbçilərin ailə üzvləri piket keçirib

“Tərtər işi” üzrə həbs edilən hərbçilərin ailə üzvləri piket keçirib

Sentyabrın 6-da "Tərtər işi” üzrə həbsdə olan və tutulma zamanı işgəncə nəticəsində öldüyü bildirilən şəxslərin bir qrup ailə üzvü Ədliyyə Nazirliyinin qarşısında piket keçirib.
 
Amerikanın Səsinin verdiyi xəbərə görə, piketdə "Tərtər işi”nin ilkin istintaqa qaytarılması, işgəncə faktlarının hüquqi qiymət verilməsi, həbsdə olanların azad edilməsi tələb edilib.
 
Polis piketə müdaxilə etdib. Daha sonra Ədliyyə Nazirliyində etirazçıları qəbul ediblər.
 
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, saxlanılan hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupu Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edib.
 
Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat Xidməti Tərtər rayonunda Azərbaycan ordusunun birləşmələrinə və məntəqələrinə qarşı geniş miqyaslı təxribat aksiyası hazırlayıb.
 
2017-ci il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib.
 
Hüquq müdafiəçilərinin araşdırması zamanı tutulma və istintaq zamanı azı 8 şübhəli şəxsin işgəncə nəticəsində öldürüldüyü məlum olub. Sonradan təkrar istintaq zamanı öldürülənlərdən 4 nəfərə bəraət verilib.
 
İttihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqan məhrumetmə cəzası alıb.

Facebook