Trampın vəkili: `ABŞ-ın Ukraynadakı səfirlərini Soros təyin edib`

ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culiani milyarder Cors Sorosun ABŞ-ın Ukraynadakı dörd səfirinin, o cümlədən Mari Yovanoviçi təyin olunmasının arxasında durduğunu bildirib.

 

Bu barədə vəkil "New York" jurnalına müsahibəsində deyib.

 

Həmçinin Culiani onu da vurğulayıb ki, Soros FTB agentlərini də işə götürür və Yovanoviçin işinə şəxsən nəzarət edir. Bundan əlavə, Trampın vəkili əmindir ki, media milyarderin əmri ilə onun barədə yalan məlumatlar yayır.