Trampın sarayında İranla bağlı kritik toplantı

ABŞ-ın "Axios" xəbər saytı yazır ki, Ağ Evdə prezident Donald Trampın kürəkəni Cared Kuşnerin təşkilatçılığı ilə bir toplantı keçirilib. Toplantıda ABŞ, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yüksək çinli nümayəndələri iştirak ediblər. 

 

Bildirilir ki, toplantıda ABŞ-ı Ağ Evin Milli Təhlükəsizlik müşaviri Robert O`Brayn, köməkçisi Viktoria Koatez və ABŞ-ın İran xüsusi nümayndəsi Brayn Huk təmsil edib. İsraildən toplantıya baş nazir Binyamin Netanyahunun Milli Təhlükəsizlik müşaviri Meir Ben Şabbat, BƏƏ-dən isə ölkənin Vaşinqtondakı səfiri Yusif əl-Otaiba qatılıb. Toplantıda iki əsas məsələ müzakirə olunub. Bunlardan biri hər üç ölkənin İrana qarşı birgə addımları və digəri isə İsrail ilə BƏƏ-nin bir-birinə hücum etməməsi imiş..

 

Məsələ ilə əlaqədar "Axios"a açıqlama verən Ağ Evin nümayəndəsi bildirib ki, ABŞ regiondakı əsas müttəfiqləri və ortaqları arasındakı əlaqənin genişlənməsini müsbət dəyərləndirib. Əlavə olaraq qeyd edilib ki, özəl diplomatik görüşlər haqqında isə məlumat verilmir.