Tramp Salman ibn Əbdüləzizə İsrailə görə təşəkkür etdi

Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı reallaşdırıb.

 

Bu barədə Ağ Ev mətbuat katibi Yud Diri açıqlama verib.

 

O, açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləzizə Körfəz ölkələri ilə müzakirəyə dəvət etdiyi və prosesə liderlik etdiyi üçün təşəkkür edib.

 

"Bundan əlavə İsraildən Birləşmiş Ərəb Əmirliklərinə gedən təyyarənin Səudiyyə Ərəbistanı hava sahəsindən keçməsinə görə də təşəkkür edilib. Ümid edirik ki, qarşılıqlı əməkdaşlıq davam edəcək", - deyə Yud Diri qeyd edib.