Tramp respublikaçıların impiçment məruzəsinə münasibət bildirib

ABŞ prezidenti Donald Tramp respublikaçıların impiçment üzrə məruzəsini oxuyub və münasibət bildirib.
 
"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün Tvitter səhifəsində yazıb. 
 
"İndicə Böyük Britaniyada (təyyarə ilə - red) yerə endim, NATO-nun sabah Londondakı görüşünə gedirəm. Enməyə qədər respublikaçıların saxta impiçment üzrə məruzəsini oxudum. Əla əsər!" - deyə Tramp Tvitterdə yazıb.
 
Bundan əvvəl ABŞ KİV-i xəbər yayıb ki, respublikaçılar Nümayəndələr Palatasında demokratların Trampın impiçmenti üzrə yayılmış məruzəsinə hələ cavab hazırlamayıblar və dövlət başçısının ünvanına ittihamları rədd ediblər.
 
Daha əvvəl isə Tramp bildirib ki, impiçment üzrə dinləmələrə hüquqşünaslarını göndərməyəcək.