Tramp Putini təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Rusiyada keçirilən prezident seçkilərində qələbə münasibətilə Vladimir Putini təbrik edib.
 
Modern.az  xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Dövlət başçıları, həmçinin dünya siyasətinin aktual məsələlərini müzakirə ediblər. Prezidentlər Suriyadakı vəziyyətin və Ukrayna münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğulayıb, habelə Koreya yarımadası ətrafında gərginliyin azaldılmasından məmnunluqlarını ifadə ediblər.
 
“Bütövlükdə danışıq konstruktiv, işgüzar xarakter daşıyıb və Rusiya-Amerika münasibətlərində yığılıb qalmış problemlərin aradan qaldırılmasına istiqamətlənib”, - Kremlin mətbuat xidmətindən belə deyilir.