Tramp miqrantları `Avropa üçün utanc` adlandırıb

ABŞ prezidenti Donald Tramp Avropa Birliyi ölkələrinin öz ərazilərinə çoxlu sayda miqrant qəbul etməsini "Avropa üçün utanc" kimi xarakterizə edib. Bu barədə o, İngiltərənin "The Sun" qəzetinə verdiyi müsahibəsində bildirib. 

 

Amerika liderinin fikrincə, bu hal Avropa ölkələrinin mədəni kimliyini itirməsinə və gələcəkdə öz adət-ənənələrinin dəyişməsinə gətirib çıxaracaq.

 

Qeyd edək ki, qanunsuz miqrasiyaya qarşı mübarizə Trampın ABŞ-ın prezidentliyinə ilk namizəd olduğu zaman verdiyi əsas təşviqat vədlərindən biri olub.